Xidmət Şərtləri
1. Ümumi şərtlər
Gunel's story fərdi uşaq kitablarının hazırlanması və təqdim edilməsi üzrə xidmət göstərir.
Qeyd: Sifariş verməzdən əvvəl təqdim olunan məlumatların düzgünlüyünü yoxlamağınız xahiş olunur.
2. Xidmətin məzmunu
Gunel's story uşağın fərdi xüsusiyyətləri, adı, maraqları və təqdim olunan məlumatlar əsasında xüsusi hekayə və vizual materiallar hazırlayır.
- Fərdi uşaq hekayəsinin hazırlanması
- Kitab səhifələrinin dizayn edilməsi
- Təqdim olunan fotoşəkillərin layihəyə uyğunlaşdırılması
- Çap və təqdimat üçün hazırlanmış kitab materiallarının formalaşdırılması
3. Sifariş prosesi
Sifarişin hazırlanması üçün istifadəçidən tələb olunan məlumatların tam və düzgün təqdim edilməsi vacibdir.
4. İstifadəçinin məsuliyyəti
İstifadəçi sifariş zamanı təqdim etdiyi məlumatların düzgünlüyünə və həmin məlumatlardan istifadə etmək hüququna malik olmasına görə məsuliyyət daşıyır.
- Təqdim olunan ad və məlumatların düzgün olması
- Fotoşəkillərdən istifadə üçün lazımi hüquqa malik olması
- Sifariş məlumatlarının yoxlanılması
- Sifarişlə bağlı vacib dəyişikliklərin vaxtında bildirilməsi. (Maddə-6)
5. Fotoşəkillər və təqdim olunan materiallar
İstifadəçi tərəfindən təqdim olunan fotoşəkillər və digər materiallar sifarişin hazırlanması məqsədilə istifadə edilir.
6. Dəyişiklik və düzəlişlər
Sifariş hazırlanarkən istifadəçi tərəfindən təqdim olunan məlumatların dəyişdirilməsi və ya düzəlişlərin edilməsi sifariş daxil olan vaxtdan 24 saat müddətində mümkündür.
Dizayn və ya hekayə hazırlanması başa çatdıqdan sonra edilən əlavə dəyişikliklər əlavə iş tələb edir.
Qeyd: Sifariş təsdiqlənməzdən əvvəl bütün məlumatları diqqətlə yoxlayın.
7. Ödəniş
Xidmətin qiyməti Gunel's story Daxili xidmət siyasətinə uyğun olaraq hesablanmış və sabit tarif qəbul edilmişdir. Tariflə bağlı müvafiq bölməyə (Sifariş müraciəti) baxmağınız xahiş olunur.
Sifariş zamanı Gunel's storynin Məxfilik siyasəti və Xidmət şərtləri istifadəçiyə əvvəlcədən bildirilir. İstifadəçi sifariş yaratdığı zaman Məxfilik siyasətini və Xidmət şərtlərini qəbul etmiş hesab olunur.
8. Hazırlanma müddəti
Fərdi kitabın hazırlanma müddəti sifarişin məzmunundan, layihənin həcmindən, hekayənin nəşr və dizayn üçün təqdim edildiyi üçüncü tərəflərin işlərindən və digər gözlənilməyən texniki işlərdən asılıdır.
9. Sifarişin ləğvi və geri qaytarılması
Fərdi hazırlanmış məhsullar xüsusi olaraq konkret istifadəçi və uşaq üçün hazırlandığından sifarişin ləğvi və ödənişin geri qaytarılması Gunel's storynin Daxili xidmət siyasətinə uyğun həyata keçirilir. Sifarişin ləğvi prosesi Gunel's story tərəfindən olduğu zaman bu proses brendin Daxili xidmət siyasətinin tələblərinə uyğun təşkil olunur.
10. Müəlliflik və məzmun hüquqları
Gunel's story tərəfindən hazırlanmış hekayə, dizayn, illüstrasiya və digər yaradıcı materiallar müəlliflik hüququ ilə qorunur. Hazırlanan fərdi kitabın bütün müəlliflik hüququ Gunel's storyə məxsusdur.
Hazırlanmış fərdi məhsulun şəxsi istifadə məqsədilə istifadəsi ilə kommersiya məqsədilə çoxaldılması və yayılması eyni hüquqi məna daşımır.
11. Xidmətlərdə dəyişikliklər
Gunel's story xidmətlərin məzmununda, dizaynında, təqdim olunma formasında, qiymət təklifində və digər xüsusiyyətlərində dəyişiklik etmək hüququnu özündə saxlayır.
12. Xidmət şərtlərində dəyişikliklər
Bu Xidmət Şərtləri gələcəkdə yenilənə və dəyişdirilə bilər. Yenilənmiş versiya bu səhifədə yayımlandığı tarixdən etibarən qüvvəyə minir.
Sifarişinizə başlamağa hazırsınız?
Uşağınız üçün xüsusi və unudulmaz bir hekayə yaratmağa başlaya bilərsiniz.
Əsas səhifəyə keç →