← Əsas səhifəyə qayıt
BİZ KİMİK?

Hər uşağın öz hekayəsi var.

Gunel's Story uşaqların özlərini hekayələrin içində görmələri üçün yaradılmış fərdi uşaq kitab brendidir.

☀️

Gunel's Story

Gunel's Story-nin yaranma tarixi Günel Əbilovanın uşaqlıq yaşlarında qələmə almağa başladığı kiçik esselərə dayanır. Ali təhsili bitirəndən sonra, Uşaq və yeniyetmə psixoloqu magistr ixtisas dərəcəsi üzrə təhsilini davam etdirən Günel Əbilova məhz bu illərdən uşaq hekayələri yazmağa maraq göstərmişdir. 2026-cı ilin may ayında "Sara və dovşan Miminin göyqurşağına səyahəti" adlı ilk fərdi uşaq kitabı çap olunmuşdur.

Gunel's Story brendinin ideya müəllifi uşaq və yeniyetmə psixoloqu Günel Əbilovadır. Yeni yaradılan brendin əsas məqsədi uşaqların daxili aləmini kəşf etmək, oxu vərdişlərini inkişaf etdirmək, gələcək həyatlarında öz uşaqlıqlarından qalan dəyərli bir hədiyyəyə sahib olmasıdır. Hər bir uşağın kitabı vərəqləyərkən "Bu hekayədə mən varam" hissini yaşamasıdır.

Biz uşaqlar üçün sadəcə bir kitab hazırlamırıq. Uşağın adını, maraqlarını, sevdiyi personajları və xəyal dünyasını hekayənin bir hissəsinə çevirərək ona özünə məxsus bir macəra bəxş edirik.

💜

Missiyamız

Uşaqların xəyal gücünü, yaradıcılığını və kitaba olan sevgisini öz hekayələri vasitəsilə daha da gücləndirmək.

🎨

Nə edirik?

Hər sifarişi fərdi yanaşma ilə hazırlayırıq. Uşağın xüsusiyyətlərinə uyğun hekayə və vizual dünya formalaşdırır, sonra isə onu yüksək keyfiyyətli kitab şəklində təqdim edirik.

📖

Fərdi hekayə

Uşağın adı və maraqları əsasında xüsusi hekayə hazırlanır.

📸

Şəkil inteqrasiyası

Valideynin təqdim etdiyi foto hekayənin vizual dünyasına uyğunlaşdırılır.

🖌️

Peşəkar dizayn

Hər səhifə vahid və estetik kitab konsepsiyası ilə hazırlanır.

🎁

Xüsusi təqdimat

Hazırlanan kitab uşağa verilə biləcək xüsusi hədiyyəyə çevrilir.

Niyə Gunel's Story?

Bizim üçün əsas olan yalnız gözəl görünən kitab yaratmaq deyil. Əsas məqsəd uşağın hekayə ilə emosional bağ qurmasıdır.

💎
Fərdi yanaşma
🎨
Estetik dizayn
❤️
Uşaq yönümlü
🧸
Xüsusi xatirə

Hüquqi məlumatlar

Gunel's Story xidmətlərindən istifadə etməzdən əvvəl Məxfilik siyasəti və Xidmət şərtləri haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Uşağınızın hekayəsi indi başlaya bilər.

Onu öz hekayəsinin baş qəhrəmanına çevirin və illər sonra belə sevə-sevə vərəqləyəcəyi xüsusi bir xatirə yaradın.

Hekayəni yaratmağa başla →