Baş qəhrəman sizin uşağınızdır
Hekayənin mərkəzində balacanızın adı, arzuları və sevdiyi mövzular dayanır.
Övladınızın özünün baş qəhrəman olduğu, xatirələrə çevrilən xüsusi hekayələr və fərdi hədiyyələr hazırlayırıq.
Gunel’s Story uşaqlar üçün fərdi hekayələr hazırlayan yaradıcı layihədir. Layihənin yaradıcısı uşaq və yeniyetmə psixoloqu günel Əbilovadır. Hər hekayəni balacanın maraqlarına, xəyallarına və xüsusi anlarına uyğunlaşdırırıq.
Bizim üçün hər sifariş sadəcə bir məhsul deyil — ailənin illərlə saxlayacağı xatirədir.
Şəxsi toxunuş, diqqətlə hazırlanmış məzmun və yadda qalan təqdimat.
Hekayənin mərkəzində balacanızın adı, arzuları və sevdiyi mövzular dayanır.
Hər sifarişə ayrıca yanaşılır, detallar sizin təqdim etdiyiniz məlumatlara uyğun hazırlanır.
Ad günü, xüsusi gün və ya sadəcə sevindirmək üçün mənalı və fərqli seçim.
Hazırladığımız sehrli kitab nümunələri.
Formanı doldurun, komandamız sifarişin detalları ilə bağlı sizinlə əlaqə saxlasın.
Sifariş göndərməzdən əvvəl əsas şərtlərlə tanış olun.
Gunel's Story fərdi uşaq kitablarının hazırlanması və təqdim edilməsi üzrə xidmət göstərir.
Sifariş verməzdən əvvəl təqdim olunan məlumatların düzgünlüyünü yoxlamağınız xahiş olunur.
Gunel's story uşağın fərdi xüsusiyyətləri, adı, maraqları və təqdim olunan məlumatlar əsasında xüsusi hekayə və vizual materiallar hazırlayır.
Sifarişin hazırlanması üçün istifadəçidən tələb olunan məlumatların tam və düzgün təqdim edilməsi vacibdir.
İstifadəçi sifariş zamanı təqdim etdiyi məlumatların düzgünlüyünə və həmin məlumatlardan istifadə etmək hüququna malik olmasına görə məsuliyyət daşıyır.
İstifadəçi tərəfindən təqdim olunan fotoşəkillər və digər materiallar sifarişin hazırlanması məqsədilə istifadə edilir.
Sifariş hazırlanarkən istifadəçi tərəfindən təqdim olunan məlumatların dəyişdirilməsi və ya düzəlişlərin edilməsi sifariş daxil olan vaxtdan 24 saat müddətində mümkündür.
Qiymətlər saytda göstərilən tariflərə uyğundur.
Fərdi kitabın hazırlanma müddəti sifarişin məzmunundan, layihənin həcmindən, hekayənin nəşr və dizayn üçün təqdim edildiyi üçüncü tərəflərin işlərindən və digər gözlənilməyən texniki işlərdən asılıdır.
Fərdi hazırlanmış məhsullar xüsusi olaraq konkret istifadəçi və uşaq için hazırlandığından sifarişin ləğvi və ödənişin geri qaytarılması Gunel's storynin Daxili xidmət siyasətinə uyğun həyata keçirilir. Sifarişin ləğvi prosesi Gunel's story tərəfindən olduğu zaman bu proses brendin Daxili xidmət siyasətinin tələblərinə uyğun təşkil olunur.
Gunel's story tərəfindən hazırlanmış hekayə, dizayn, illüstrasiya və digər yaradıcı materiallar müəlliflik hüququ ilə qorunur. Hazırlanan fərdi kitabın bütün müəlliflik hüququ Gunel's storyə məxsusdur.
Şəxsi məlumatların necə toplandığı və istifadə olunduğu haqqında.
Bu Məxfilik Siyasəti Gunel's Story saytına müraciət edən şəxslərin təqdim etdiyi məlumatların işlənməsi qaydalarını açıqlayır.
Sifariş və xidmətlərin hazırlanması zamanı sizdən müəyyən məlumatların təqdim edilməsi tələb olunur.
Təqdim etdiyiniz məlumatlardan sifarişlərin hazırlanması və xidmətlərin göstərilməsi məqsədilə istifadə olunur. Fərdi kitab hazırlanması zamanı istifadəçi tərəfindən təqdim edilən fotoşəkillər yalnız sifarişin hazırlanması məqsədilə istifadə olunur.
Gunel's story təqdim olunan məlumatların icazəsiz istifadəsinin, yayılmasının və itirilməsinin qarşısını almaq üçün uyğun təhlükəsizlik tədbirlərindən istifadə edir.
İstifadəçilər tərəfindən təqdim edilən şəxsi məlumatlar kommersiya məqsədilə satılmır və qanuni əsas olmadan üçüncü şəxslərə təqdim edilmir.
İstifadəçi öz məlumatları ilə bağlı məlumat almaq, məlumatların düzəldilməsini və mümkün olduğu hallarda silinməsini tələb edə bilər.
Gunel's story gələcəkdə bu Məxfilik Siyasətinə dəyişikliklər edə bilər. Əlaqə üçün səhifənin aşağısında yerləşən formadnı doldurub bzə göndərə bilərsiniz.